"Qazaxıstan Dəmir Yolu" Milli Şirkəti peyk kommunikasından istifadəyə başlayacaq

"Qazaxıstan Dəmir Yolu" Milli Şirkəti peyk kommunikasından istifadəyə başlayacaq

Bakı. TurkicWorld:

"Qazaxıstan Dəmir Yolu" Milli Şirkəti Qazaxıstanın dəmir yollarında OneWeb peyk terminallarını sınaqdan keçirməyə başlayacaq.

TurkicWorld bu barədə şirkətin mətbuat xidmətinə istinadən xəbər verir.

Peyk kommunikasiyasından istifadə "Qazaxıstan Dəmir Yolu" Milli Şirkəti ilə peyk kommunikasiyaları sahəsində ixtisaslaşmış şirkət olan OneWeb "Network Access Associates Ltd." arasında imzalanmış Anlaşma Memorandumunun bir hissəsini təşkil edir.