Bozdağda köməksiz vəziyyətdə qalan vətəndaşlar xilas edilib

Bozdağda köməksiz vəziyyətdə qalan vətəndaşlar xilas edilib

Bakı. TurkicWorld:

Mingəçevir şəhəri yaxınlığında - Bozdağ silsiləsi ərazisində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalıb.

TurkicWorld-in məlumatına görə, Yanğından Mühafizə Xidmətinin xilasediciləri əraziyə cəlb olunub.

Məlum olub ki, Bozdağ silsiləsində dərinliyi təxminən 50 metr olan dərədə üç nəfər vətəndaş köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər tərəfindən hər üç vətəndaş dərədən çıxarılıb.