Kahramanmaraşın bütün futbolçuları dağıntılar altında qalıb

Kahramanmaraşın bütün futbolçuları dağıntılar altında qalıb

Bakı. TurkicWorld:

Türkiyədə zəlzələ nəticəsində "Kahramanmaraşspor" futbol klubunun oyunçularının qaldığı otel dağılıb. Futbolçular dağıntılar altında qalıb.

TurkicWorld bu barədə Türkiyə KİV-nə istinadən xəbər verir.

Hələ ki, texniki heyətin bir üzvünü xilas etmək mümkün olub, komandanın digər üzvlərini xilas etmək istiqamətində işlər davam etdirilir.

Xatırladaq ki, bu gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Son məlumatlara görə, zəlzələ nəticəsində 912 nəfər həyatını itirib, 5 385 nəfər yaralanıb, 2 470 nəfər dağıntılar altından xilas edilib.