Azərbaycan XİN Türkiyədə dağıntılar altından çıxarılan iki tələbə haqqında məlumatı araşdırır

Azərbaycan XİN Türkiyədə dağıntılar altından çıxarılan iki tələbə haqqında məlumatı araşdırır

Bakı. TurkicWorld:

Sosial şəbəkələrdə Türkiyənin dağıdıcı zəlzələnin baş verdiyi Kahramanmaraş vilayətində dağıntıların altından iki azərbaycanlı tələbənin çıxarıldığı haqqında məlumat yayılmışdı.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyindən TurkicWorld-in sorğusuna cavab olaraq məlumatın araşdırıldığı deyilib.

Xatırladaq ki, bu gün Türkiyənin müxtəlif bölgələrində 7.4 bal gücündə zəlzələ olub. İndiyədək zəlzələ nəticəsində ölənlərin sayı 284 nəfəri keçib. 2383 nəfər yaralı var.

Türkiyə Respublikası Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) verdiyi məlumata görə, zəlzələ Kahramanmaraşın Pazarcık rayonunda 7 km dərinlikdə baş verib. Adana, Ankara, Antalya, Qaziantep, Kayseri, Mersin, Trabzon, Şanlıurfada yarım saat ərzində yeraltı təkanlar hiss olunub.