Naxçıvanda məişət əşyalarını lotereya uduşu adı altında satan şəxslər saxlanılıb

Naxçıvanda məişət əşyalarını lotereya uduşu adı altında satan şəxslər saxlanılıb

Bakı. TurkicWorld

Naxçıvan şəhər və Şahbuz rayonu ərazilərində məişət əşyalarını aldatma yolu ilə dəyərindən baha qiymətə lotereya uduşu adı altında satmağa çalışan şəxslər müəyyən edilib.

Naxçıvan Daxili İşlər Nazirliyindən TurkicWorld-ə verilən məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə Şamaxı rayon sakinləri - Səfər Əsədov və Namiq Əsədov saxlanılaraq məsuliyyətə cəlb ediliblər.

Araşdırmalarda onların həmin ərazilərdə tanımadıqları həyətlərə girərək əsasən də qadınlara lotereya uduşu adı ilə 30-50 manatlıq məişət əşyalarının 100-500 manata satdıqları aşkarlanıb. Onların əməllərindən zərər çəkən başqa şəxslər varsa, polisə müraciət etmələri tövsiyə olunur. Faktla bağlı araşdırmalar davam edir.