Terrorçu Azərbaycan səfirliyin bütün əməkdaşlarını öldürməyi planlayıb

Terrorçu Azərbaycan səfirliyin bütün əməkdaşlarını öldürməyi planlayıb

Bakı. TurkicWorld:

Terrorçu səfirliyin bütün əməkdaşlarını öldürməyi planlayıb.

TurkicWorld-in əldə etdiyi məlumata görə, həmin ərazidə olan polis terrorun qarşısını almaq üçün heç bir cəhd göstərməyib və hazırda da hər hansı operativ addımların atılması müşahidə olunmur.

Avtomatla silahlanmış terrorçu Azərbaycan səfirliyinin bütün əməkdaşlarını öldürmək niyyətində olub.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs kalaşnikov markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.