Azərbaycan səfirliyinə hücum anı

Azərbaycan səfirliyinə hücum anı

Bakı. TurkicWorld:

Azərbaycanın İrandakı səfirliyinə hücum anını əks etdirən görüntülər yayılıb.

TurkicWorld-in məlumatına görə, görüntülərdə hücum edən şəxsin tək olduğu və səfirlikdə hər kəsi öldürməyə çalışdığı açıq görünür.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs kalaşnikov markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.