İran tərəfi səfirliyə hücumla bağlı yalan məlumatlar yayır

İran tərəfi səfirliyə hücumla bağlı yalan məlumatlar yayır

Bakı. TurkicWorld :

Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs kalaşnikov markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.

TurkicWorld -in əldə etdiyi məlumata görə, Hadisəni törədən şəxs Yasin Hüseynzadə İran vətəndaşıdır, onun İranın xüsusi xidmət orqanları, xüsusilə də SEPAH la əlaqəli olduğuna dair şübhələr var.

Tehran polisi isə açıqlamasında hücum edən şəxsin iki uşağı ilə səfirliyə gəldiyini və Qatilin səfirlikdə "gizlənən" həyat yoldaşını axtarması kimi yalan versiyalar səsləndirib.

Real vəziyyətisə odur ki, səfirliyin mühafizəsi hücumun qarşısına çıxmasaydı, bütün səfirlik əməkdaşlarının qətlə yetirilməsi planlanlayıb.

Həmin ərazidə olan polis terrorun qarşısını almaq üçün heç bir cəhd göstərməyib və hazırda da hər hansı operativ addımların atılması müşahidə olunmur .

İran tərəfinin açıqlaması yalandır və İran xüsusi xidmət orqanları ilə bağlılığı olan terrorçunu hədəfdən yayındırılması, yerli və beynəlxalq ictimaiyyətdə yanlış rəy formalaşdırılması məqsədi güdür.

Hücum anının görüntüləri də İran tərəfinin açıqlamalarının yalan olduğunu sübut edir.

İran tərəfinin dediyi kimi hücum edən şəxs uşaqlarla olmayıb, tək olub və səfirliyin bütün əməkdaşlarını öldürməyə niyyətində olub.