Türkiyədə yaşayış binasında partlayış baş verib

Türkiyədə yaşayış binasında partlayış baş verib

Bakı. TurkicWorld:

Türkiyənin Kocaeli vilayətində yaşayış binalarından birində məişət qazında partlayış baş verib.

TurkicWorld-in məlumatına görə, hadisə yerli vaxtla saat 20:30 radələrində 3 mərtəbəli binanın 2-ci mərtəbəsində baş verib. Partlayış nəticəsində 4 nəfər xəsarət alıb, onlardan ikisinin vəziyyəti ağırdır.

Hadisə yerinə yanğınsöndürmə briqadaları, təcili yardım maşınları və polis göndərilib. Partlayışdan sonra binada baş verən yanğın söndürülüb.