Türkiyədə fabrik partlayıb, yaralılar var

Türkiyədə fabrik partlayıb, yaralılar var

Türkiyənin cənub-şərqindəki Diyarbəkir şəhərində alüminium fabrikində partlayış baş verib.

TurkicWorld-un məlumatına görə, səhər saatlarında baş vermiş hadisə nəticəsində iki nəfər xəsarət alıb.

Yaralananlardan birinin vəziyyəti ağır qiymətləndirilir. Hər iki şəxs xəstəxanaya yerləşdirilib.

Partlayışın səbəbləri ilə bağlı araşdırma aparılır.