Daşkəsən istiqamətində mövqelərimiz yenidən atəşə tutulub

Daşkəsən istiqamətində mövqelərimiz yenidən atəşə tutulub

Bakı. Trend:

Oktyabrın 10-u saat 23:00-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Qaraiman yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Astaf yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.