Ağalarov hadisə yerində

Ağalarov hadisə yerində

Bakı. TurkicWorld:

Xəbər verdiyimiz kimi, Rusiyanın paytaxtı Moskva şəhərindəki “Krokus Siti holl” kompleksində baş verən atışmada 40 nəfər ölüb, 100-dən çox insan yaralanıb.

TurkicWorld xəbər verir ki, kompleksin sahibi, Azərbaycanın xalq artisti Emin Ağalarovun hadisə yerində olduğunu əks etdirən görüntü yayılıb.

Qeyd edək ki, naməlum şəxslər tərəfindən törədilən dəhşətli hücumu Rusiya hökuməti terakt adlandırıb.