Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb

Bakı. TurkicWorld:

Yanvarın 26-da İtaliyanın Auqusta limanında CIF bazisi üzrə Azərbaycanın "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,49 dollar bahalaşaraq 89,94 dollar olub.

TurkicWorld bu barədə ölkənin neft-qaz bazarındakı mənbəyə istinadən xəbər verir.

Türkiyənin Ceyhan limanında FOB bazisi üzrə "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,54 dollar bahalaşaraq 87,85 dollar olub.

Azərbaycanın Rusiyanın Qara dənizdəki Novorossiysk limanından Bakı-Novorossiysk boru kəməri ilə satdığı URALS markalı neftin bir barelinin qiyməti əvvəlki göstəricidən 1,1 dollar bahalaşaraq 49,74 dollar olub.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin bir barelinin qiyməti yanvarın 26-da 1,01 dollar bahalaşaraq 86,9 dollar olub.