Qazaxıstandan BTC vasitəsilə neft tranziti artacaq

Qazaxıstandan BTC vasitəsilə neft tranziti artacaq

Bakı. TurkicWorld:

Qazaxıstandan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə tranzit neft tədarükü bu il artırılacaq.

TurkicWorld-in məlumatına görə, bu barədə bp şirkətinin Yaxın Şərq və Xəzər Regionunda Kommunikasiyalar və Xarici Əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli jurnalistlərə deyib.

"Biz ötən ildən başlayaraq Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə Qazaxıstandan neft tədarük edirik. Bu il tədarük həcmi artırılacaq. Dəqiq rəqəmləri SOCAR-dan öyrənmək mümkündür. Lakin Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə tranzit neftin həcmində məhdudiyyətlər mövcuddur. Keyfiyyət göstəriciləri səbəbindən biz boru kəmərinin bütün mümkün tutumunu Qazaxıstan nefti ilə doldura bilmirik", - o deyib.

Xəbər yenilənəcək