Avropada qaz anbarlarının tutumu 80 faizdən aşağı düşüb

Avropada qaz anbarlarının tutumu 80 faizdən aşağı düşüb

Bakı. Trend:

Avropada yeraltı qaz anbarlarının (YQA) tutumu 80%-dən aşağı düşüb.

Trend-in məlumatına görə, bu, Avropanın Qaz İnfrastruktur Operatorları Assosiasiyasının (Gas Infrastructure Europe, GIE) məlumatlarında əks olunub.

Assosiasiyanın məlumatına əsasən, YQA-ların regionda ümumi qaz həcmi təqribən 86,5 milyard kubmetr təşkil edir. Avropadakı qaz anbarları 79,49% doludur (sutkada –0,59 faiz bəndi).

Ehtiyatlar yüksək səviyyədədir: ötən ilin əvvəllərində bu göstərici 50%-dən aşağı idi.

Avropa komissiyasının rəhbəri Ursula fon der Layenin yanvar ayında bildirdiyinə görə, ötən ilin səkkiz ayı ərzində Avropa İttifaqına qaz tədarükünün 80%-i azalıb. Onun sözlərinə görə, region ölkələri elektrik enerjisini dayandırmadan tədarük olunmayan rus mavi yanacağını əvəz edə bildilər. Region xüsusən də ABŞ-dan maye təbii qaz tədarükünü əhəmiyyətli dərəcədə artırıb.