Türkiyə yeraltı anbarlarını təbii qazla tamamilə doldurdu

Türkiyə yeraltı anbarlarını təbii qazla tamamilə doldurdu

Türkiyə yeraltı anbarları təbii qazla dolduraraq qışa hazırlığını başa çatdırıb.

Trend-in məlumatına görə, bu barədə öz "Twitter" səhifəsində Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz deyib.

"Artıq qışa son hazırlıqlar başa çatıb. Silivri və Tuz Gölüdəki yeraltı təbii qaz anbarlarımız 100% dolub", - deyə nazir qeyd edib.