Aİ Rusiya qazının idxalına qadağanı müzakirə etməyə hazırlaşır

Aİ Rusiya qazının idxalına qadağanı müzakirə etməyə hazırlaşır

Bakı. TurkicWorld:

Ukraynada vəziyyətin gərginləşməsi fonunda Avropa İttifaqı (Aİ) Rusiyadan təbii qazın idxalına qadağa qoyulmasını müzakirə etməyə hazırlaşır.

TurkicWorld-un məlumatına görə, bunu Almaniyanın müdafiə naziri Kristin Lambreht deyib.

Onun sözlərinə görə, Aİ-də Rusiyaya qarşı daha sərt sanksiyalarla bağlı fikir mübadiləsi aparılacaq.

Nazir qeyd edib ki, Rusiyanın enerji resurslarının tədarükü də sanksiyalar müzakirələrinin bir hissəsi olacaq.