Avropada təbii qazın qiyməti dəyişdi

Avropada təbii qazın qiyməti dəyişdi

Avropa birjalarında təbii qazın qiyməti min kubmetr üçün 1000 dollardan aşağı düşüb.

TurkicWorld-un məlumatına görə, Niderlandın TTF habında təbii qazın min kubmetri 970 dollara alınıb satılır.

Qeyd edək ki, ötən gün təbii qazın qiymətləri 1 123 dollara çatsa da, daha sonra günü 1000 dollar ətrafında bitirib.

Ötən həftə, oktyabrın 6-da təbii qazın qiyməti tarixi rekord vuraraq min kubmetr üçün 1 957 dollaradək bahalaşmışdı.

Xatırladaq ki, avqustun sonunda təbii qazın min kubmetri 590 dollar idi.