Avropada qaz yenidən bahalaşmağa başlayıb

Avropada qaz yenidən bahalaşmağa başlayıb

Avropa birjalarında təbii qazın qiyməti bu günə min kubmetr üçün 1 200 dollardan başlayıb.

TurkicWorld-un məlumatına görə, Niderlandın TTF habında təbii qazın min kubmetri 1 224 dollara alınıb satılır.

Qeyd edək ki, ötən gün təbii qazın qiymətləri min dollardan aşağı düşsə də, daha sonra günü 1 158 dollarla tamamlayıb.

Bir neçə gün təbii qaz min kubmetr üçün 1 957 dollaradək bahalaşmışdı.

Xatırladaq ki, avqustun sonunda təbii qazın min kubmetri 590 dollar idi.