TAP-ın tam nəql gücünə çatacağı vaxt açıqlanıb

TAP-ın tam nəql gücünə çatacağı vaxt açıqlanıb

2022-ci ildə Azərbaycan qazının Avropaya nəql olunduğu Trans-Adriatik qaz kəmərinin (TAP) illik 10 milyard kubmetr həcmində tam nəql gücünə çatacağı gözlənilir.

TurkicWorld bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) hesabatına istinadən məlumat verir.

Hesabata əsasən, Azərbaycan 2021-ci ilin yanvar-avqust aylarında qaz hasilatını ötən ilin eyni dövrü ilə müqayisədə 15 faiz çoxaldıb.

Qeyd olunur ki, bu ilin əvvəlindən TAP vasitəsilə Azərbaycan qazının ixracı təxminən 5,5 milyard kubmetrədək çatıb.

Ad - 00:05
ƏTRAFLI
Orbit

Qeyd edək ki, TAP boru kəməri Cənub Qaz Dəhlizinin Avropa hissəsini təşkil edir. 878 km uzunluğa malik bu kəmər Türkiyə-Yunanıstan sərhədində TANAP-a birləşir. Boru kəməri Avropada Yunanıstan, Albaniya və Adriatik dənizinin altından keçərək İtaliyanın cənubunda bitir. TAP vasitəsilə Azərbaycan qazının Avropaya nəqli 2020-ci ilin dekabrında başlayıb. Bu günədək TAP vasitəsilə qaz nəqli beş milyard kubmetrə çatıb.