Azərbaycan və Bolqarıstan arasında qaz tədarüklərinin şəxaləndirilməsi müzakirə olunub

Azərbaycan və Bolqarıstan arasında qaz tədarüklərinin şəxaləndirilməsi müzakirə olunub

Bakı. TurkicWorld:

Azərbaycan energetika naziri Pərviz Şahbazov və Bolqarıstanın energetika naziri Rosen Xristov görüşüb.

TurkicWorld-in məlumatına görə, bu barədə energetika naziri Pərviz Şahbazov tvitter hesabında qeyd edib.

"Görüşdə Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) eləcə də müxtəlif marşrutlar, yeni infrastrukturlarla qaz tədarükünün şaxələndirilməsi perspektivlərini müzakirə etdik.Ötən il Bolqarıstana qaz ixracımız 600 mln.m3 olub", - deyə paylaşımda bildirilib.