Aİ Cənub Qaz Dəhlizinə investisiya cəlb etməyi planlaşdırır - Kadri Simson

Aİ Cənub Qaz Dəhlizinə investisiya cəlb etməyi planlaşdırır - Kadri Simson

Bakı. TurkicWorld:

Aİ Cənub Qaz Dəhlizinə investisiyalar cəlb etməyi planlaşdırır.

TurkicWorld xəbər verir ki, bunu cümə günü Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Kadri Simson Cənub Qaz Dəhlizi üzrə Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu görüşünün və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasının yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

"Azərbaycan 2027-ci ilə qədər Cənub Qaz Dəhlizi vasitəsilə tədarüklərin həcmini 20 milyard kubmetrə çatdırmağı hədəfləyir. Biz bu dəhlizə investisiya cəlb etməyi planlaşdırırıq və texniki baxımdan bu, çox səy tələb etmir, çünki artıq boru kəməri var , - deyə o əlavə edib.