Azərbaycan Avropanın enerji təminatında mühüm rol oynayır - Britaniya səfiri

Azərbaycan Avropanın enerji təminatında mühüm rol oynayır - Britaniya səfiri

Bakı. TurkicWorld:

Azərbaycan Avropanın enerji təminatında mühüm rol oynayır.

TurkicWorld-in məlumatına görə bu barədə Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld sosial media hesabında deyib.

"Britaniya Azərbaycanın enerji sahəsində əsas tərəfdaşlardan biridir. Rusiaya-Ukrayna müharibəsindən sonra Avropanın enerji təminatında Azərbaycanın, həmçinin, Cənub Qaz Dəhlizinin əhəmiyyətli rolu var", - deyə o bildirilib.

Qeyd edək ki, bu gün Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasları keçirilib.