Cənub Qaz Dəhlizi Avropaya boru kəməri ilə qaz nəqlinin mühüm mənbəyinə çevrilib - Kadri Simson

Cənub Qaz Dəhlizi Avropaya boru kəməri ilə qaz nəqlinin mühüm mənbəyinə çevrilib - Kadri Simson

Bakı. TurkicWorld

Ötən il Cənub Qaz Dəhlizi (CQD) enerji böhranının pik həddində bizim üçün boru kəməri ilə qaz nəqlinin mühüm mənbəyi oldu.

Bu barədə Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Kadri Simson fevralın 1-də TurkicWorld-ə özəl müsahibəsində bildirib.

K.Simson ötən il Aİ-yə CQD vasitəsilə nəql olunan qazın həcminin 8 milyarddan 11,4 milyarda çataraq 2021-ci illə müqayisədə 40 faizdən çox artdığını qeyd edib.