Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb

Azeri Light markalı Azərbaycan neftinin qiyməti Auqusta İtaliya limanında CIF bazasında yanvarın 20-da əvvəlki göstəriciyə nisbətən 1,18 dollar qalxıb və bir barelin qiyməti 89,91 dollar təşkil edib.

Trend bu barədə ölkənin neft-qaz bazarındakı mənbəyə istinadən xəbər verir.

Türkiyənin Ceyhan limanındakı FOB bazasında Azeri Light neftini qiyməti 1,06 dollar – bir barelə görə 87,63 dollara qalxıb.

Azərbaycanın Qaradənizin rus Novorossiysk limanından Bakı-Novorossiysk boru kəməri ilə satdığı URALS növünə məxsus neftin dəyəri əvvəlki göstərici ilə müqayisədə 1,68 dollar qalxaraq bir barelə görə 48,78 dollar təşkil edib.

Şimal Dənizindən hasil olunan Brent Dated etalon növünə məxsus neftin bir barelinin qiyməti yanvarın 20-da əvvəlki göstərici ilə müqayisədə 1,4 dollar – bir barelə görə 85,9 dollaradək qalxıb.