Kəlbəcərdə beş su elektrik stansiyasının tikintisi yekunlaşır

Kəlbəcərdə beş su elektrik stansiyasının tikintisi yekunlaşır

Bakı, Yanvar 5. /TurkicWorld/

Kəlbəcərdə 5 yerdə tikilən kiçik su elektrik stansiyalarında, Laçında iki yerdə tikilən 110 kilovoltluq yarımstansiyalarda işlər başa çatmaq üzrədir.

Bu barədə TurkicWorld-ə “Azərenerji” ASC-dən məlumat verilib.

Qeyd edilib ki, 2022-ci ilin 26 may tarixində isə Azərbaycan-Türkiyə-Avropa ölkələrarası beynəlxalq enerji layihəsi çərçivəsində 330 kV-luq “Cəbrayıl” Enerji Qovşağının təməli qoyulub.

İstər Kəlbəcərdə 5 yerdə tikilən kiçik su elektrik stansiyalarında, istərsə də Laçında iki yerdə tikilən 110 kilovoltluq yarımstansiyalarda işlər başa çatmaq üzrədir.