...

Azərbaycanla Əlcəzair arasında enerji əməkdaşlığı müzakirə edilib

Energetika Digər xəbərlər 30 Noyabr 2022 14:21
TurkicWorld Daspina Hasanova
Azərbaycanla Əlcəzair arasında enerji əməkdaşlığı müzakirə edilib

Bakı. TurkicWorld:

Əlcəzair Xalq Demokratik Respublikasının Baş naziri Aymin Benəbderəhman energetika naziri Pərviz Şahbazovu qəbul edib.

Nazirlikdən TurkicWorld-ə verilən məlumata görə, Baş nazir Azərbaycan Prezidentinin Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında iştirakını iki ölkə arasında yüksək münasibətlərin göstəricisi kimi qiymətləndirib və Əlcəzair Prezidenti Abdelmacid Tebbunun salamlarını dövlət başçısına çatdırmağı xahiş edib.

Energetika naziri Pərviz Şahbazov isə bildirib ki, Əlcəzairlə hərtərəfli, o cümlədən enerji əməkdaşlığının inkişaf etdirilməsinə Azərbaycan Prezidenti tərəfindən xüsusi diqqət yetirilir. Bu səfər çərçivəsində aparılan ikitərəfli müzakirələr və neft-qaz sahəsində imzalanan əməkdaşlıq sənədi məhz bu siyasətin həyata keçirilməsinə xidmət edir.

Görüşdə Azərbaycan ilə Əlcəzairin iqtisadi əlaqələrinin inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Enerji sahəsində əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb və bu sahədə irəliləyişlərə nail olmaq üçün Əlcəzair hökuməti tərəfindən zəruri dəstəyin göstəriləcəyi qeyd edilib.

Xəbərlər

Xəbər lenti