...

Avropanın Azərbaycanın təbii qazına ehtiyacı var - Mövlud Çavuşoğlu

Energetika Digər xəbərlər 13 Sentyabr 2022 19:13
TurkicWorld Daspina Hasanova
Avropanın Azərbaycanın təbii qazına ehtiyacı var - Mövlud Çavuşoğlu

Rusiya qazı kəsiləndən sonra Balkan yarımadası ölkələri, Şərqi Avropa ölkələri öncə üzünü Türkiyəyə, daha sonra can Azərbaycana döndərdi. Çünki onların Azərbaycanın təbii qazına ehtiyacları var.

Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“TAP və TANAP, digər təbii qaz boru xətləri ilə bərabər bu ölkələrə yardım etmək üçün lazımi tədbirləri görürük. Bu ölkələr bizə müraciət edir, biz də Azərbaycanla danışıqlara gedirik ki, təbii qaz ixracını, TANAP-ın perspektivdə potensialını nə qədər artıra bilər? Hazırda bu rəqəm 16 milyard kubmetrdir, 2023-cü ilin sonunda bu rəqəm 26 milyard kubmetrə, 2024-cü ilin sonunda bu rəqəm 31 milyard kubmetrə çatacaq. Demək olar, ikiqat artım deməkdir. Əlbəttə, bizim də təbii qaza ehtiyacımız var. Amma bu ölkələri də düşünürük”, - deyə M. Çavuşoğlu bildirib.

Xəbərlər

Xəbər lenti