Yaxın həftələrdə Azərbaycanla Aİ arasında enerji sahəsində təmaslar gözlənilir

Yaxın həftələrdə Azərbaycanla Aİ arasında enerji sahəsində təmaslar gözlənilir

Bakı. TurkicWorld:

Yaxın həftələrdə Azərbaycanla Aİ arasında enerji sahəsində təmaslar gözlənilir.

TurkicWorld-un məlumatına görə, bunu Aİ-nin enerji məsələləri üzrə komissarı Brüsseldə enerji şurasının fövqəladə iclası ərəfəsində deyib.

"Beynəlxalq tərəfdaşlarımızla daimi iş davam edir. Yaxın həftələrdə mən Əlcəzair, Azərbaycanla enerji dialoqunu bərpa etməyi planlaşdırıram. Beynəlxalq tərəfdaşlarımızın, o cümlədən, ABŞ-ın bizi dəstəkləyə bilməsi üçün də iş aparılır", - deyə o bildirib.