...

Aİ bu il Azərbaycandan qaz tədarükünün artmasını gözləyir – Avrokomissar

Energetika Digər xəbərlər 27 İyul 2022 15:30
Trend Tasnem Ismukhan
Aİ bu il Azərbaycandan qaz tədarükünün artmasını gözləyir – Avrokomissar

Avropa İttifaqı (Aİ) bu il Azərbaycandan qaz tədarükünün artmasını gözləyir.

Trend-in məlumatına görə, bunu enerji məsələləri üzrə Avropa komissarı Kadri Simson Aİ Nazirlər Şurasının enerji məsələləri ilə bağlı fövqəladə iclasının yekununda mətbuat konfransı zamanı deyib.

O, ötən həftə Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenlə birgə Azərbaycana səfərini xatırladıb.

"Biz Azərbaycanda 2027-ci ilədək Aİ-yə qaz tədarükü həcminin iki dəfədən çox artırılması barədə razılıq əldə etdik. Artıq bu il tədarükün 4 milyard kubmetr artmasını gözləyirik", - deyə o bildirib.

Avrokomissar əlavə edib ki, Aİ-nin hazırda ABŞ, Kanada, Norveç, Misir və İsraillə qüvvədə olan sazişləri, Qətər və Əlcəzairlə uzunmüddətli tərəfdaşlığı var.

"Bundan başqa, biz Nigeriyadan mayeləşdirilmiş təbii qaz idxalının artırılması imkanını nəzərdən keçiririk", - K.Simson deyib.

Məqalədə:
Xəbərlər

Xəbər lenti