Yunanıstan-Bolqarıstan interkonnektoru layihəsinin həyata keçirilməsi "Cənub Qaz Dəhlizi"nin şaxələndirilməsinin göstəricisidir - nazir

Yunanıstan-Bolqarıstan interkonnektoru layihəsinin həyata keçirilməsi "Cənub Qaz Dəhlizi"nin şaxələndirilməsinin göstəricisidir - nazir

Bakı. TurkicWorld:

Yunanıstan-Bolqarıstan interkonnektor tikintisi layihəsinin həyata keçirilməsi "Cənub Qaz Dəhlizi"nin şaxələndirilməsinin göstəricisidir.

TurkicWorld-un məlumatına görə, bu barədə Xarici işlər nazir Ceyhun Bayramov Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Cozep Borrellə birgə mətbuat konfransında deyib.

“Cənub Qaz Dəhlizi” alternativ təchizat bazarına çıxmaq məqsədi daşıyır", - deyə C.Bayramov bildirib.

Onun sözlərinə görə, energetika sahəsi Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlığın əsası olaraq qalır.

Xatırladaq ki, iyulun 18-də Azərbaycan ilə Avropa İttifaqı arasında “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb.