Qara dənizdə tapılan qazı quruya daşıyacaq gəmi Çanaqqala boğazından keçib

Qara dənizdə tapılan qazı  quruya daşıyacaq gəmi Çanaqqala boğazından keçib

Bakı. TurkicWorld:

Qara dənizdə tapılan qazı quruya daşıyacaq boruları çəkməli olan gəmi Çanaqqala boğazından keçib. TurkicWorld-un məlumatına görə, Türkiyənin tarixində ən böyük təbii qaz kəşfi olaraq qeyd edilən Sakarya Qaz Sahəsində işlər davam edir.

Türkiyə Neft Şirkəti (TPAO) qrupları aşkar edilmiş təbii qazın gələn ilin ilk rübündə istifadəyə verilməsi hədəfləyirlər.

Qurudan təxminən 170 kilometr uzaqlıqda olan Sakarya Qaz Sahəsindən Filyos Təbii Qaz Emalı Müəssisəsinə qazın çatmasını təmin edəcək boruların əksəriyyətinin döşənməsi "Castorone" adlı gəmi ilə həyata keçiriləcək.