...

SOCAR-ın Müşahidə Şurasının sədri Türkiyənin energetika və təbii sərvətlər naziri ilə görüşüb (FOTO)

Energetika Digər xəbərlər 15 İyun 2022 21:43
TurkicWorld Daspina Hasanova
SOCAR-ın Müşahidə Şurasının sədri Türkiyənin energetika və təbii sərvətlər naziri ilə görüşüb (FOTO)

Bakı. TurkicWorld:

Türkiyədə səfərdə olan iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməzlə görüşüb.

SOCAR-dan TurkicWorld-a verilən məlumata görə, SOCAR-ın Müşahidə Şurasının sədri ölkələrimiz arasında yüksək səviyyəli strateji əməkdaşlığı, qardaş Türkiyə ilə möhkəm dostluq əlaqələrini, iqtisadi-ticarət və enerji tərəfdaşlığını vurğulayıb, SOCAR tərəfindən Türkiyədə həyata keçirilən layihələr barədə danışıb, “Petkim Külək Enerji Stansiyası”nın Türkiyənin bərpa olunan enerji potensialının yüksəlməsinə, karbon emissiyalarının əhəmiyyətli dərəcədə azalmasına töhfəsini qeyd edib.

Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz ölkələrimizin qarşılıqlı dostluq və qardaşlıq münasibətlərini, yüksək səviyyəli tərəfdaşlığını diqqətə çatdırıb, Türkiyə-Azərbaycan iş birliyinin daha da gücləndirilməsi istiqamətləri, ölkəsinin Azərbaycanda həyata keçiriləcək qaz hasilatının artırılması layihələrində investor olaraq iştirakı barədə fikirlərini bildirib.

Görüşdə Azərbaycan və Türkiyə arasında energetika, bərpa olunan enerji sahələrində əməkdaşlığın, SOCAR-ın Türkiyədəki fəaliyyətinin genişləndirilməsi imkanları və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Məqalədə:
Xəbərlər

Xəbər lenti