...

Şuşada alternativ enerji sahəsində sənədlər imzalanıb (FOTO)

Energetika Digər xəbərlər 4 İyun 2022 13:16
TurkicWorld Daspina Hasanova
Şuşada alternativ enerji sahəsində sənədlər imzalanıb (FOTO)

Şuşa. TurkicWorld:

Şuşada Bakı Enerji Həftəsi çərçivəsində keçirilən "Sıfır tullantıya doğru yol: Qarabağ bölgəsində "yaşıl" enerjinin potensialı və imkanları" adlı xüsusi sessiyada Azərbaycan Dövlət Neft Şirkəti ilə (SOCAR) bp arasında əməkdaşlıq sazişi imzalanıb.

TurkicWorld xəbər verir ki, bu sənəd Azərbaycanda bərpa olunan enerji potensialının öyrənilməsini, bu sahədə əməkdaşlığı və birgə layihələrin icrasını nəzərdə tutur.

Bundan başqa, SOCAR-la Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti arasında anlaşma memorandumu imzalanıb.

Bu memorandum çərçivəsində bərpa olunan enerji sahəsində əməkdaşlıq planlaşdırılır.

Hər iki sənədin imzalanmasının məqsədi neft-qaz əməliyyatlarının karbonsuzlaşdırılması, enerji səmərəliliyi və bərpa olunan enerji mənbələrinin birgə inkişafı sahəsində öncül texnologiyaların tətbiqidir.

Məqalədə:
Xəbərlər

Xəbər lenti