Azərbaycanda investorlar üçün yaradılmış şərtlər beynəlxalq təşkilatların marağına səbəb olur - "TotalEnergies"

Azərbaycanda investorlar üçün yaradılmış şərtlər beynəlxalq təşkilatların marağına səbəb olur - "TotalEnergies"

Şuşa. TurkicWorld:

Azərbaycanda investorlar üçün yaradılmış şərtlər beynəlxalq təşkilatların böyük marağına səbəb olur.

TurkicWorld xəbər verir ki, bunu "TotalEnergies" şirkətinin icraçı direktoru və sədri Regis Aqut Şuşada Bakı Enerji Həftəsi çərçivəsində keçirilən "Sıfır tullantıya doğru yol: Qarabağ bölgəsində "yaşıl" enerjinin potensialı və imkanları" adlı xüsusi sessiya zamanı deyib.

Onun sözlərinə görə, "TotalEnergies" Azərbaycanla həm neft-qaz, həm də alternativ enerji sahəsində əməkdaşlıq edir.

"Bu gün biz Qarabağın ürəyi Şuşadayıq. Bu bölgə yaxın zamanlarda sıfır tullantı səviyyəsinə çatacaq. Bu, həmin hədəfə Azərbaycanın digər şəhərlərində də çatmağa imkan verəcək. Azərbaycan hökumətinin investisiya şirkətləri və investorlar üçün yaratdığı şərtlər beynəlxalq təşkilatların böyük marağına səbəb olur", - deyə o bildirib.