Qarabağ və Şərqi Zəngəzurun bütün ərazisi elektrik xətləri ilə təchiz olunub - Pərviz Şahbazov

Qarabağ və Şərqi Zəngəzurun bütün ərazisi elektrik xətləri ilə təchiz olunub - Pərviz Şahbazov

Şuşa. TurkicWorld:

Qarabağ və Şərqi Zəngəzurun bütün ərazisi elektrik xətləri ilə təchiz olunub.

TurkicWorld xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Şuşada Bakı Enerji Həftəsi çərçivəsində keçirilən "Sıfır tullantıya doğru yol: Qarabağ bölgəsində "yaşıl" enerjinin potensialı və imkanları" adlı xüsusi sessiya zamanı deyib.

Onun sözlərinə görə, qısa zaman ərzində Qarabağda 20 meqavatt gücündə stansiya tikilib. Bundan başqa, 19 yarımstansiya bərpa edilib, 7 yarımstansiya inşa edilib və daha 8-i tikiləcək.

Nazir qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzurun bütün ərazisi elektrik xətləri ilə təchiz olunub.

"Qeyd etmək istəyirəm ki, Qarabağın günəş enerjisi potensialı 7,2 giqavatt, külək enerjisi potensialı 2 giqavatt həcmində qiymətləndirilir. Vurğulamaq istəyirəm ki, ölkənin su ehtiyatlarının 25 faizi məhz bu bölgədədir. Bu gün biz "Masdar"la 4 meqavatt gücündə, bp ilə 230 meqavatt gücündə yarımstansiyanın tikintisi ilə bağlı sənədlər imzalayacağıq", - deyə o bildirib.