...

İrandan Türkiyə limanlarına gətirilən yüklərin həcmi açıqlanıb (ÖZƏL)

Energetika Digər xəbərlər 17 May 2022 15:02
Ankara TurkicWorld Daspina Hasanova
İrandan Türkiyə limanlarına  gətirilən yüklərin həcmi açıqlanıb (ÖZƏL)

Ankara. TurkicWorld:

2022-cu ilin yanvar-aprel ayında İrandan Türkiyə limanları gətirilən yüklərin həcmi 48,519 min ton təşkil edib.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, yanvar-aprel aylarında İran bayrağı altında üzən gəmilərlə Türkiyə limanlarından aşırdılan yüklərin həcmi 3,518 ton, müxtəlif ölkələrin bayraqları altında üzən İran gəmiləri ilə isə, 45,001 ton təşkil edib.

Nazirlikdən qeyd ediblər ki, 2022-ci ilin yanvar-aprel ayında İrandan Türkiyə limanları vasitəsilə başqa ölkələrə tranzit yük göndərilməyib.

“Bu ilin aprel ayında Türkiyə limanları 32 060,961 milyon ton yük qəbul edib. Bu yüklərin 2 091,276 milyon tonu Türkiyə bayrağı altında üzən gəmilərlə, 29 969,685 tonu isə əcnəbi bayraqlı gəmilərlə qəbul edilib. Aprel ayında Türkiyə limanlarından 7 197,777 milyon ton tranzit yük aşırılıb”, -deyə nazirlikdən bildiriblər.

Qeyd olunub ki, bu ilin yanvar-aprel aylarında Türkiyə limanları 130 875,205 milyon ton yük qəbul edib. Bu yüklərin 6 059,121 milyon tonu Türkiyə bayrağı altında üzən gəmilərlə, 121 816,084 milyon tonu isə əcnəbi bayraqlı gəmilərlə qəbul edilib. Yanvar-aprel ayında Türkiyə limanlarından 28 milyon ton tranzit yük aşırılıb”, - deyə nazirlikdən qeyd ediblər.

Məlumat üçün bildirək ki, keçən il Türkiyə limanları 386 396,718 milyon ton yük qəbul edib.

Məqalədə:
Xəbərlər

Xəbər lenti