...

Apreldə Azərbaycanda gündəlik 579 min barrel xam neft hasil olunub

Energetika Digər xəbərlər 14 May 2022 10:09
TurkicWorld Daspina Hasanova
Apreldə Azərbaycanda gündəlik 579 min barrel xam neft hasil olunub

Bakı. TurkicWorld:

Apreldə respublikada gündəlik 579,1 min barrel xam neft hasil olunub.

Energetika Nazirliyindən TurkicWorld-ə verilən məlumata görə, 2022-ci ilin aprel ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 693,1 min barrel olub. Bunun 579,1 min barrelini xam neft, 114 min barrelini isə kondensat təşkil edib.

Xatırladaq ki, “OPEC plus” ölkələri nazirlərinin 26-cı iclasında qəbul edilmiş razılaşmaya əsasən, Azərbaycanda gündəlik xam neft hasilatının 2022-ci ilin aprelində daha 7 min barrel artırılaraq 682 min barrelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə 36 min barrel həcmində olması nəzərdə tutulurdu.

Məqalədə:
Xəbərlər

Xəbər lenti