Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

Bakı. TurkicWorld:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 22-də 109,67 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,12 dollar/barel azdır.

Bu barədə TurkicWorld-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 108,16 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,12 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 68,03 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,78 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 105,37 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,86 dollar/barel azdır.