Bu il Avropa 2,9 milyard kubmetr Azərbaycan qazı ilə təchiz olunub

Bu il Avropa 2,9 milyard kubmetr Azərbaycan qazı ilə təchiz olunub

Bakı. TurkicWorld:

Bu il Avropa 2,9 milyard kubmetr Azərbaycan qazı ilə təchiz olunub.

TurkicWorld-un məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov "Twitter" səhifəsində bildirib.

Nazir qeyd edib ki, TAP istismara veriləndən indiyə qədər bu göstərici 11 milyard kubmetrdən çoxdur.

Qeyd edək ki, TAP boru kəməri Cənub Qaz Dəhlizinin Avropa hissəsini təşkil edir. 878 km uzunluğa malik bu kəmər Türkiyə-Yunanıstan sərhədində TANAP-a birləşir. Boru kəməri Avropada Yunanıstan, Albaniya və Adriatik dənizinin altından keçərək İtaliyanın cənubunda bitir. TAP 2020-ci ilin sonunda istifadəyə verilib.