Azərbaycan və Fransa Cənub Qaz Dəhlizinin genişləndirilməsi məsələsini müzakirə edib

Azərbaycan və Fransa Cənub Qaz Dəhlizinin genişləndirilməsi məsələsini müzakirə edib

Bakı. TurkicWorld:

Azərbaycan və Fransa Cənub Qaz Dəhlizinin genişləndirilməsi məsələsini müzakirə edib.

TurkicWorld-un məlumatına görə, bu barədə energetika naziri Pərviz Şahbazov öz "Twitter" səhifəsində yazıb.

"Fransanın Avropa və Xarici İşlər Nazirliyinin nümayəndələri və "ENGIE"nin vitse-prezidenti Didye Ollo ilə Cənub Qaz Dəhlizinin genişləndirilməsi və Avropaya "yaşıl" enerjinin ixracı üzrə əməkdaşlığı müzakirə etdik", - nazir bildirib.

Xatırladaq ki, Cənub Qaz Dəhlizi ilə Azərbaycan qazının Avropaua nəqli 2020-ci il dekabrın 31-də başlayıb. Cənub Qaz Dəhlizinin Avropa hissəsi TAP vasitəsilə İtaliyaya illik 8 milyard, Yunanıstan və Bolqarıstana hərəyə 1 milyard kubmetr qaz nəql olunacaq.

Bu günədək Avropaya TAP vasitəsilə nəql olunan Azərbaycan qazının həcmi 10,9 milyard kubmetrə çatıb.