ABŞ Energetika Nazirliyi Azərbaycanda neft hasilatı ilə bağlı yeni proqnozlarını açıqlayıb

ABŞ Energetika Nazirliyi Azərbaycanda neft hasilatı ilə bağlı yeni proqnozlarını açıqlayıb

2022-ci ildə Azərbaycanda neft və maye karbohidrogen hasilatı 0,74 milyon barel/sutka səviyyəsində gözlənilir.

TurkicWorld-un məlumatına görə, bu barədə ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya İdarəsinin (EIA) hesabatında deyilir. Bu proqnoz əvvəlki hesabatla müqayisədə dəyişməz qalıb.

2022-ci ildə rüblük hasilat birinci, ikinci və üçüncü rübdə 0,74 milyon, dördüncü rübdə 0,73 milyon barel/sutka səviyyəsində proqnozlaşdırılır.

2023-ci ildə isə proqnozlara əsasən Azərbaycanda neft və maye karbohidrogen hasilatı 0,71 milyon barel/sutka olacaq.

Gələn il rüblük hasilat birinci rübdə 0,72 milyon, ikinci rübdə 0,71 milyon, üçüncü rübdə 0,7 milyon, dördüncü rübdə isə 0,72 milyon barel/sutka təşkil edəcək.

2021-ci ildə Azərbaycanda neft və maye karbohidrogen hasilatı sutkada orta hesabla 0,72 milyon barel təşkil edib.

EIA-nın göstəricilərinə görə, 2021-ci ilin birinci, ikinci, üçüncü və dördüncü rüblərində hasilat müvafiq olaraq sutkada 0,75 milyon, 0,7 milyon, 0,71 milyon və 0,71 milyon barel/sutka təşkil edib.