...

İran Türkiyəyə qaz tədarükünü bərpa edib

Energetika Digər xəbərlər 21 Yanvar 2022 23:09
TurkicWorld Mustafa Askerbeyli
İran Türkiyəyə qaz tədarükünü bərpa edib

İranın Milli Qaz Şirkəti Türkiyəyə qaz nəqlinin bərpa olunduğunu açıqlayıb.

TurkicWorld xəbər verir ki, bu barədə cümə günü Shana xəbər agentliyi məlumat yayıb.

Qeyd olunur ki, yanvarın 19-da yaranan və qazın nəqlinin 10 gün müddətinə dayandırılmasına səbəb olan texniki nasazlıqlar aradan qaldırılıb.

İran Türkiyəyə Tengiz-Ankara qaz kəməri ilə ildə orta hesabla 10 milyard kubmetr qaz verir. Son məlumatlara görə, 2021-ci ildə İran qazının Türkiyənin enerji balansında payı 16%-ə yaxın olub.

Məqalədə:
Xəbərlər

Xəbər lenti