...

OPEC Azərbaycanda neft hasilatı ilə bağlı proqnozunu açıqlayıb

Energetika Digər xəbərlər 18 Yanvar 2022 19:56
TurkicWorld Mustafa Askerbeyli
OPEC Azərbaycanda neft hasilatı ilə bağlı proqnozunu açıqlayıb

2022-ci ildə Azərbaycanda maye karbohidrogen hasilatının 0,08 milyon barel/sutka artaraq orta hesabla 0,82 milyon barel/sutka təşkil edəcəyi gözlənilir.

TurkicWorld bu barədə OPEC-in aylıq hesabatına istinadən məlumat verir.

Hesabatda qeyd olunur ki, 2021-ci ildə Azərbaycanda maye karbohidrogen hasilatı il ərzində 0,01 milyon barel/sutka artaraq 0,74 milyon barel/sutka olub.

2021-ci ilin noyabr ayında Azərbaycanda maye karbohidrogenlərin hasilatı ötən ilin eyni dövrü ilə müqayisədə dəyişməz qalaraq 0,72 milyon barel/sutka təşkil edib.

"Ümumilikdə, neft hasilatı oktyabr ayı ilə müqayisədə 2 min barel/sutka azalaraq orta hesabla 584 min barel/sutka təşkil edib. Bu, "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun "Çıraq" platformasında texniki xidmət işlərinin davam etməsi ilə bağlı olub. Kondensat hasilatı isə stabil qalaraq 140 min barel/sutka təşkil edib. Dekabr ayında təmir işlərinin başa çatmasından sonra neft hasilatı orta hesabla 0,79 milyon barel/sutkayadək artıb".

Məqalədə:
Xəbərlər

Xəbər lenti