TPAO-ya məxsus Turkalı-1 qaz quyusunda axış testləri başa çatdırılıb

TPAO-ya məxsus Turkalı-1 qaz quyusunda axış testləri başa çatdırılıb

Türkiyə Petrolleri Anonim Ortaklığı (TPAO) ya məxsus Turkalı-1 qaz quyusunda axış testləri başa çatdırılıb. Bu barədə TurkicWorld şirkətin Twitter hesabına istinadən məlumat verir.

Məlumata əsasən, Qara dənizin qərbində yerləşən Sakarya qaz yatağında Turkalı-1 quyusundakı axış sınaq testləri 3920 metr dərinlikdə aparılıb və uğurla başa çatıb.

Qeyd olunur ki, quyudan gündəlik 1.15 milyon kubmetr qaz çıxarılır. Əldə edilmiş araşdırmalara görə Turkalı-1 quyusunun gündəlik qaz ixrac potensialı 2.7 milyon kubmetrdir.

Quyuda bütün işləri TPAO-ya məxsus "Kanuni" qazma gəmisi tərəfindən həyata keçirilib.