Qazaxıstanda neft və qaz hasilatı dayanmayıb

Qazaxıstanda neft və qaz hasilatı dayanmayıb

Qazaxıstanda neft və qaz hasilatı dayanmayıb.

TurkicWorld-un məlumatına görə, bunu ölkənin energetika naziri Maqzum Mirzaqaliyev deyib.

Onun sözlərinə görə, ölkədə enerji sahəsi adi rejimdə işini davam etdirir.

"İstehsal olunan məhsulun nəqlinin məhdudlaşdırılması ilə bağlı Tengizdə neft və qaz hasilatının müəyyən azalması müşahidə olunur. Hər üç neft emalı zavodu sabit, adi rejimdə işləyir və neftlə tam təmin olunur", - deyə nazir bildirib.

O əlavə edib ki, bununla belə, qərb və cənub regionlarında yanacaqdoldurma məntəqələrində təhlükəsizlik tədbirləri ilə, eləcə də internet kəsintisi ilə əlaqədar mayeləşdirilmiş neft qazının satışında müvəqqəti məhdudiyyətlər mövcuddur.