İlin əvvəlindən Naxçıvana qaz Türkmənistanla imzalanan müqaviləyə əsasən göndərilir - SOCAR

İlin əvvəlindən Naxçıvana qaz Türkmənistanla imzalanan müqaviləyə əsasən göndərilir - SOCAR

İlin əvvəlindən Naxçıvana qaz nəqli Türkmənistanla imzalanan müqaviləyə əsasən aparılır.

Bunu SOCAR-ın Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini İbrahim Əhmədov Trend-in sorğusuna cavab olaraq bildirib.

O qeyd edib ki, Azərbaycan ilə Türkmənistan arasında imzalanmış müqaviləyə əsasən ölkəmizə nəql olunması nəzərdə tutulan qaz artıq ilin əvvəlindən Azərbaycana təhvil verilir.

"Qaz Naxçıvan Muxtar Respublikasının ərazisinə nəql olunur. Gətirilən qazın qalan həcmi isə Astara yaxınlığında təhvil alınacaq. İrandan gəlmiş nümayəndə heyəti ilə birlikdə bunun üçün texniki hazırlıq işləri aparılır. Sözügedən saziş əsasında Azərbaycana ümumilikdə (hər iki istiqamət üzrə) gündəlik 4 milyon kubmetrdən çox təbii qazın nəql olunması nəzərdə tutulur",- deyə o bildirib.