ABŞ Energetika Nazirliyi "Brent" neftinin qiyməti ilə bağlı proqnozunu artırıb

ABŞ Energetika Nazirliyi "Brent" neftinin qiyməti ilə bağlı proqnozunu artırıb

Bakı. TurkicWorld:

ABŞ Energetika Nazirliyi 2024-cü il üçün "Brent" markalı neftin qiyməti ilə bağlı proqnozunu 87 dollar/bareldən 88,55 dollar/barelə qədər qaldırıb.

TurkicWorld-un məlumatına görə, bu barədə Nazirliyin Enerji İnformasiya İdarəsinin (EIA) aylıq proqnozunda bildirilib.

2025-ci il üçün proqnoz 84,8 dollar/bareldən 86,98 dollar/barelə qədər qaldırılıb.

ABŞ Energetika Nazirliyi ikinci rübdə "Brent" markalı neftinin orta qiymətinin 90 dollar/barel civarında olacağını gözləyir.