...

Azərbaycanın elektrik enerjisi istehsalı və ixracı artıb - Pərviz Şahbazov

Energetika Digər xəbərlər 20 Oktyabr 2021 20:04
TurkicWorld Aytac Aliyeva
Azərbaycanın elektrik enerjisi istehsalı və ixracı artıb - Pərviz Şahbazov

Ötən il ölkəmizin elektrik enerjisinin istehsalı və ixracı ilə bağlı göstəricilərində azalmanı bu il artım dinamikası əvəz edib. Belə ki, 2020-ci ildə ölkədə elektrik enerjisinin istehsalı 25,8 mlrd. kVt·st, ixracı 1,15 mlrd. kVt·st, idxal isə 136,5 mln.kVt·st təşkil edib. 2019-cu illə müqayisədə elektrik enerjisinin istehsalı 275,9 mln.kVt·st, ixrac 340,2 mln. kVt·st , idxal isə 0,4 mln. kVt·st azalıb. Əksinə elektrik enerjisinin istehlakı ötən il 328 mln.kVt·st artaraq, təxminən, 22 mlrd. kVt·st olub.

TurkicWorld-un məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov “Respublika” qəzetində “20 oktyabr Energetiklər Günü”nə həsr edilmiş “Azərbaycan energetikasının yeni dövrü Qarabağ və Şərqi Zəngəzurdan başlayır” adlı məqaləsində deyib.

Nazir qeyd edib ki, bu ilin 9 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,2% artımla, təxminən, 20,7 mlrd. kVt·st elektrik enerjisi istehsal edilib. Bu dövrdə 120,4 mln. kVt·st elektrik enerjisi idxal, 1030,3 mln. kVt·st elektrik enerjisi isə ixrac edilib. Ötən ilin eyni dövrünə nisbətən ixrac 189 mln. kVt·st artıb. Gürcüstana 544,9 mln. kVt·st, İrana 250,4 mln. kVt·st, Türkiyəyə 163,6 mln. kVt·st, Rusiyaya isə 71,4 mln. kVt·st elektrik enerjisi ixrac edilib. İdxalın həcmi Rusiyadan 70,9 mln. kVt·st, İrandan 24,9 mln. kVt·st, Gürcüstandan 24,6 mln. kVt·st olub.

İlin sonuna və qarşıdakı illərdə elektrik enerjisinə tələbatın və istehsalın həcmləri ilə bağlı dinamikada əhəmiyyətli dərəcədə artım gözlənilir. Belə ki, bu il 4,8% artımla 27,1 mlrd. kVt·st, 2022-ci ildə 27,5 mlrd. kVt·st, 2023-cü ildə 27,8 mlrd. kVt·st, 2024-cü ildə 28 mlrd. kVt·st, 2025-ci ildə isə 28,3 mlrd. kVt·st elektrik enerjisinin istehsalı proqnozlaşdırılır. Elektrik enerjisini istehlakının isə bu il 4,5% artaraq 23 mlrd. kVt·st, gələn il 23,5 mlrd. kVt·st, 2023-cü ildə 23,9 mlrd. kVt·st , 2024-cü ildə 24 mlrd. kVt·st və 2025-ci ildə isə 24,3 mlrd. kVt·st olacağı proqnozlaşdırılır.

Pərviz Şahbazovun sözlərinə görə, hazırda ölkəmizin ümumi elektrik enerjisi istehsalı gücü 7538,4 MVt təşkil edir ki, bu da ötən illə müqayisədə 21,9 MVt və ya 0,3% artım deməkdir. Elektroenergetika sistemində ümumi gücü 6237,7 MVt olan 18 istilik elektrik stansiyası, ümumi gücü 1150,9 MVt olan 25 su elektrik stansiyası, 37 MVt gücündə bərk məişət tullantıları elektrik stansiyası, 63,3 MVt gücündə 4 külək elektrik stansiyası, ümumi gücü 42 MVt olan 8 günəş elektrik stansiyası və ümumi gücü 7,4 MVt olan 3 hibrid (günəş, külək və bioqaz) elektrik stansiyası fəaliyyət göstərir. Su elektrik stansiyaları daxil olmaqla bərpa olunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü 1300,7 MVt-dır ki, bu da ümumi gücün, təxminən, 17,3%-ni təşkil edir.

Respublikada generasiya gücünün artırılması ilə yanaşı, elektrik enerjisi şəbəkəsində də nailiyyətlər əldə edilib. Belə ki, hazırda ümumi gücü 25680,5 MVA olan 110-500 kV-luq 218 yarımstansiya istismardadır.

Məqalədə:
REKLAM
Xəbərlər

Xəbər lenti