BTC ilə nəql olunan neftin həcmi açıqlanıb

BTC ilə nəql olunan neftin həcmi açıqlanıb

2021-ci ilin yanvar-sentyabr aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə 19,566 milyon ton neft nəql olunub.

TurkicWorld bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən məlumat verir.

Hesabat dövründə magistral neft kəmərləri ilə nəql edilən neftin 74,9 faizi BTC xəttinin payına düşüb.

Ümumilikdə, hesabat dövründə magistral neft kəmərləri ilə 26,17 milyon ton neft nəql edilib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 1,5 faiz azdır.

Yanvar-sentyabr aylarında Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə 2,5 milyon tondan çox tranzit (Türkmənistan) nefti nəql edilib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 17,39 faiz azdır.